Misirdə "YouTube" videoservisi 1 aylıq bloklanıb

Misirdə "YouTube" videoservisi 1 aylıq bloklanıb Bakı. 27 may. REPORT.AZ/ Misirin Ali İnzibati Məhkəməsi YouTube videoservisinin ölkə ərazisində 1 aylıq bloklanması barədə aşağı instansiya məhkəməsinin qərarını təsdiqləyib.
Digər ölkələr
27 May , 2018 07:48
Misirdə YouTube videoservisi 1 aylıq bloklanıb

Bakı. 27 may. REPORT.AZ/ Misirin Ali İnzibati Məhkəməsi "YouTube" videoservisinin ölkə ərazisində 1 aylıq bloklanması barədə aşağı instansiya məhkəməsinin qərarını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Al-Ahram" məhkəmə qərarına istinadən məlumat yayıb.

Məlumata görə, ərizəni məhkəməyə vəkil Məhəmməd Salem təqdim edib. O, videoservisin Məhəmməd Peyğəmbərin həyatını təhqiramiz formada təqdim edən filmin kadrlarının "YouTube" videoservisindən silinməyincə, videoservisin ölkə ərazisində bloklanmasını tələb edib.

Son xəbərlər

Orphus sistemi