Misirdə binanın çökməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

Misirdə binanın çökməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB Misirin paytaxtı Qahirədə uçmuş 10 mərtəbəli yaşayış binasının dağıntıları altında 18 nəfərin meyiti aşkarlanıb
Digər ölkələr
28 Mart , 2021 13:20
Misirdə binanın çökməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB
0 : 00
0 : 00

Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 25-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə "Akhbar El-Yom” saytı Misirin təhlükəsizlik orqanlarına istinadən bildirib.

Məlumata görə, xəsarət alanların sayı 24-ə çatıb.

00:20

Misirin paytaxtı Qahirədə uçmuş 10 mərtəbəli yaşayış binasının dağıntıları altında 18 nəfərin meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı “El Balad” nəşri yayıb.

Hadisə əhalinin sıx yaşadığı Qisr-əs-Süyes rayonunda dünən gecə saatlarında baş verib. Xilasedicilər gün ərzində dağıntılar altında qalanların axtarışlarını davam etdiriblər.

İlkin məlumatlara görə, binanın sahibi iki mərtəbəni qanunsuz tikib. Prokurorluq hadisə ilə bağlı təhqiqata başlayıb.

Daha əvvəl bildirilirdi ki, yaşayış binasının dağılması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı 30 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi