Misirdə Məhəmməd Mursinin tərəfdarlarından biri edam edilib
Digər ölkələr
- 07 mart, 2015
- 13:16
Bakı. 7 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Misirdə hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursinin tərəfdarlarından biri edam edilib.
"Report" Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Misirin Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
Məlumatda bildirilir ki, İskəndəriyyə şəhərindəki binalardan birində uşaqları ataraq öldürməkdə şübhəli bilinən məhkum Mahmud Həsən Ramazan həbsxanada edam edilib.
Qeyd edək ki, 2013-cü ildə baş verən hadisədən sonra məhkəmə 2014-cü il mayın 19-da müttəhimlərdən Mahmud Həsən Ramazanı edam, 18 nəfəri də ömürlük həbs cəzasına məhkum etmişdi.
Xəbərdə M.Ramazanın "Müsəlman Qardaşları" təşkilatının üzvü olmadığı da qeyd olunub.
Son xəbərlər
14:04
Paşinyan Fransanın nazir-nümayəndəsi ilə Cənubi Qafqazda sülhü müzakirə edib
Region13:51
"Şamaxı"nın baş meneceri Kamran İsmayılov: "Ayxan Abbasovla bağlı məsələyə nöqtə qoyulmayıb"
Futbol13:48
Azərbaycan XİN: Minatəmizləmə işlərində geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac var
Xarici siyasət13:46
Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan daha ikisi xəstəxanadan evə buraxılıb
Sağlamlıq13:33
BEA: Azərbaycanda martda gündəlik neft hasilatı təxminən 470 min barel olub
Energetika13:21
Zelenski: NATO və Ukrayna PURL təşəbbüsü üzrə əməkdaşlığı dərinləşdirir
Digər ölkələr13:14
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
Qarabağ13:11
Azərbaycana Amerikadan turist axını 20 % artıb
Turizm13:10