Misirdə kilsədə partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb - VİDEO - YENİLƏNİB-3

Misirdə kilsədə partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb - VİDEO - YENİLƏNİB-3 Daha 70 nəfər yaralanıb
Digər ölkələr
11 Dekabr , 2016 22:03
Misirdə kilsədə partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb - VİDEO - YENİLƏNİB-3

Bakı. 11 dekabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirə şəhərində qibtilərin kilsəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Sada El Balad" nəşri məlumat yayıb.

Xəbərə görə, daha 70 nəfər yaralanıb.

***15:38

Misirin paytaxtı Qahirə şəhərində qibtilərin kilsəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. Bunlar, əsasən qadınlar və uşaqlardırlar.

"Report" xəbər verir ki, bu barədə "CBC Extra" telekanalının efirində ölkənin səhiyyə naziri Əhməd İmad əd-Din Radı məlumat verib.

O, partlayışın, kilsənin adətən qadınlar ibadət edən sağ qanadında baş verdiyini təsdiq edib.

Son məlumatlara görə, partlayış zamanı onlarla insan yaralanıb.

Misirin Daxili İşlər Nazirliyindəki mənbə yaralıların çoxunun vəziyyətinin ağır olduğunu və bu səbəbdən ölənlərin sayının artacağını bildirib.

***13:42

Bu gün Misirin paytaxtı Qahirə şəhərinin Abbasiyyə rayonu ərazisindəki xristian kilsəsi yaxınlığında baş verən partlayış nəticəsində ən azı 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Əl-Yaum əs-Sabia" qəzeti məlumat yayıb.

Partlayış qibti məbədinin kafedral kilsəsi yaxınlığında baş verib.

Türkiyənin "Anadolu" agentliyi ilkin ehtimala görə, terror aktı nəticəsində 20 nəfərin öldüyünü və 30 nəfərin yaralandığını xəbər verir.

Son xəbərlər

Orphus sistemi