İsrail XİN Misirdə vətəndaşlarının öldürüldüyünü təsdiqləyib

Digər ölkələr
  • 08 oktyabr, 2023
  • 10:23
İsrail XİN Misirdə vətəndaşlarının öldürüldüyünü təsdiqləyib

Misirin İsgəndəriyyə şəhərində silahlı insident nəticəsində İsrailin iki vətəndaşı və bir misirli bələdçi ölüb, daha bir israilli isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

“Bu səhər bir qrup israilli turist İsgəndəriyyəyə (Misir) səfəri zamanı yerli sakin onlara atəş açıb, nəticədə iki İsrail vətəndaşı və bir yerli misirli bələdçi həlak olub. Daha bir israilli isə orta dərəcədə yaralanıb”, - deyə İsrail XİN mətbuatda yayılan məlumatı təsdiqləyib.

13:31

Misirin İsgəndəriyyə şəhərində israilli turistləri daşıyan avtobus atəşə tutulub.

“Report” “Sky News Arabia”ya istinadən xəbər verir ki, olayda 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Məlumata görə, hadisəni törədən polis əməkdaşı saxlanılıb. Bildirilib ki, ölənlər İsrail və Misir vətəndaşlarıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti