Misirdə güclü qum qasırğası baş verib

Misirdə güclü qum qasırğası baş verib Təbii fəlakətdən ölkənin daha çox cənub əyalətləri əziyyət çəkib
Digər ölkələr
282
29 Mart , 2018 07:24
Misirdə güclü qum qasırğası baş verib

Bakı. 29 mart. REPORT.AZ/ Çərşənbə günü Misirdə güclü qum qasırğası baş verib.

“Report” xəbər verir ki, təbii fəlakətdən ölkənin daha çox cənub əyalətləri əziyyət çəkib.

Bir çox əyalətlərdə görüntünün son dərəcə zəif olması səbəbindən şəhərlərarası sürət yolları bağlanıb. Ğurdaqa, Nuveybə və şimal paytaxtı İsgəndəriyyədə böyük limanlar bağlanıb. Qumlu küləyin sürətinin saatda 20 metrə çatdığı ərazilərdə elektrikötürücü xətlərin aşması nəticəsində enerji təchizatı dayandırılıb.

"Əl-Əhram" nəşrinin məlumatına görə, fırtına respublikanın bir çox hava limanlarının bağlanmasına gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi