Misir hökuməti ölkədəki fövqəladə vəziyyət rejimini daha üç ay uzadıb. Həmçinin Sinay yarımadasının İsrail və Qəzza zolağı ilə sərhədboyu bəzi bölgələrində komendant saatı tətbiq olunub.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, fövqəladə vəziyyətin tətbiq olunduğu 2017-ci il aprelin 9-da, Ester bayramı günləri Təntə və İsgəndəriyyə şəhərlərində kilsələrdə törədilən terror hücumları nəticəsində 47 nəfər ölmüş, 126 nəfər də yaralanmışdı.
Həmin hücumların İŞİD tərəfindən həyata keçirilməsinə dair şübhələr var. O vaxtdan hökumət islamçı terrorçularla mübarizə aparmaq üçün fövqəladə vəziyyət rejimini mütəmadi uzadır.
Hazırkı tədbirin xüsusi xidmət orqanlarına terror təhlükəsinin qarşısını almaq, onun maliyyə mənbələrini bağlamaq üçün zəruri tədbirlər görmək imkanı yaradacağı bildirilir.