Misirdə beşmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.
"Report" xəbər verir ki, bu barədə Misirin "Sada El-Balad" telekanalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Dağıntılar altından üç uşağın meyiti çıxarılıb. Daha əvvəl 9 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, hadisə paytaxtın şimal hissəsində yerləşən Hadaiq əl-Kobba bölgəsində baş verib. İlkin araşdırma göstərib ki, qəzaya səbəb evin birinci mərtəbəsindəki yükdaşıyıcı divarlardan birinin uçması olub.
Misirin paytaxtı Qahirədə beşmərtəbəli yaşayış binası çöküb, nəticədə 9 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Misirin MENA xəbər agentliyi məlumat yayıb.
Bina şəhər mərkəzindən 3,2 kilometr məsafədə yerləşən Hadek əl Kubba məhəlləsində yerləşir. Hadisə nəticəsində 4 nəfər yaralanıb.
Qahirə şəhər qubernatorunun müavini Hossam Fozinin sözlərinə görə, hadisəyə səbəb birinci mərtəbədəki mənzilin kirayəçisi tərəfindən təmiri zamanı divarların bir hissəsinin çökməsi olub.