Bakı. 24 avqust. REPORT.AZ/ Misirin Buxeyra əyalətində polis əməkdaşlarını aparan avtobusun yaxınlığında baş verən partlayış nəticəsində 2 polis ölüb, 27 nəfər isə yaralanıb.
"Report" "əl-Ahram"a istinadən xəbər verir ki, partlayıcı qurğu yolda quraşdırılıb. Avtobusda polis sıralarına yeni cəlb edilmiş şəxslər olub.
Qeyd edək ki, Buxeyra əyaləti paytaxt Qahirədən 260 km şimalda yerləşir.