Yuxarı

​Misir prezidenti yeni antiterror qanununu təsdiqləyib

Ölkədə terror təşkilatı quranlara, belə təşkilatlara rəhbərlik edənlərə edam cəzasının verilməsi nəzərdə tutulub

Bakı. 17 avqust. REPORT.AZ/ Misir prezidenti Əbdülfəttah əs-Sisi terrorçuluğa qarşı mübarizə ilə bağlı yeni qanun layihəsini təsdiqləyib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Misirin Prezident Administrasiyasının mətbuat katibi Ala Yusif bildirib.

Qanuna əsasən, ölkədə terror təşkilatı quranlara, belə təşkilatlara rəhbərlik edənlərə edam cəzasının verilməsi nəzərdə tutulub. Terror təşkilatına üzv olmaqda, rəhbərlik etməkdə və terror aktlarında iştirakda ittiham olunanlar xüsusi məhkəmələrdə mühakimə olunacaqlar. Terror təşkilatına üzv olanlar 10 il müddətinə, terrorçuluğu maliyyələşdirənlər isə ömürlük azadlıqdan məhrum ediləcəklər. Terror aktları ilə bağlı rəsmilərin dəyərləndirmələrinin əksinə fikir yazan jurnalistlər 25 mindən 64 min dollaradək cərimələnəcəklər. 

Layihə bu il iyunun 2-də Misirin Nazirlər Şurası tərəfindən qəbul edilib. Ölkənin baş prokuroru Hişam Barkat qətlə yetirildikdən sonra isə bu sənəd üzərində işlər sürətləndirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi