Yuxarı

Misir məhkəməsi ölkənin keçmiş prezidentinə verilmiş ömürlük həbs cəzasını ləğv edib

Eyni zamanda Müsəlman qardaşları təşkilatının rəhbərliyində yer alan 21 nümayəndə ilə bağlı qərar ləğv olunub

Bakı. 22 noyabr. REPORT.AZ/ Misir Kassasiya Məhkəməsi casusluq ittihamı ilə həbs edilmiş ölkənin keçmiş prezidenti Məhəmməd Mursinin ömürlük həbs cəzasını ləğv edib.

"Report" TASS-a istinadən xəvər verir ki bu barədə "Sky News Aravia" telekanalı məlumat verib.

M.Mursidən başqa, "Müsəlman qardaşları" təşkilatının rəhbərliyində yer alan 21 nümayəndə ilə bağlı qərar ləğv edilib.

Xatırladaq ki, M.Mursi Misirdə hakimiyyətə 2012-ci ildə baş vermiş inqilabdan sonra gəlib. Bir il sonra isə o, devrilib və həbs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi