Misir məhkəməsi 41 nəfəri azadlıqdan məhrum edib

Misir məhkəməsi 41 nəfəri azadlıqdan məhrum edib Asyut Cinayət Məhkəməsi daha 60 nəfərə isə bəraət verib
Digər ölkələr
18 Dekabr , 2014 20:46
Misir məhkəməsi 41 nəfəri azadlıqdan məhrum edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Asyut Cinayət Məhkəməsi "Rabia" və "Nahda" meydanlarında hakimiyyət çevrilişi əleyhinə keçirilən aksiyaların yatırılmasından sonra şəhərdəki üç kilsəyə hücum düzənləməkdə təqsirləndirilən 101 nəfərdən 60-na bəraət verib. "Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, bəraət alanlardan 12 nəfərinin "Müsəlman Qardaşları" təşkilatının rəhbər şəxslərindən olduğu bildirilir. Eyni zamanda məhkəmə 41 müttəhimdən 2 nəfərə 15, 3 nəfərə 10, 23 nəfərə 5, 7 nəfərə 3, 6 nəfərə isə 1 il həbs cəzası kəsib. Bundan başqa, həmin şəxslərin hər biri kilsələrə zərər verdiklərinə görə 118 min dollar pul cəriməsi ödəməli olacaqlar. Məhkəmə bu qərarı "Müsəlman Qardaşları" təşkilatının üzvlərini toplayaraq mitinq keçirmək, aksiyalar zamanı dövlət, kilsə və ticarət obyektləri də daxil olmaqla özəl mülkiyyətə təcavüz etmək, polislərə zərər vermək ittihamları əsasında çıxarıb. 

Son xəbərlər

Orphus sistemi