“Qahirə heç bir şərt olmadan İsrail və Fələstin arasında vasitəçi olmağa hazırdır”.
“Report”un məlumatına görə, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib.
“Misir heç bir şərt olmadan regional tərəflərlə koordinasiyada vasitəçiliyə hazırdır”, - deyə Misir lideri bildirib.
Bundan əvvəl Qahirə girovların azad edilməsi ilə bağlı HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlara başlamaq planlarını açıqlamışdı. “Əl-Ərəbiyyə” telekanalı mənbələrə istinadən dəqiqləşdirib ki, söhbət ilk növbədə xarici vətəndaşlardan və ikili vətəndaşlığı olan şəxslərdən gedir.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail qarşıdurması zonasındakı vəziyyəti və böhranın həlli yollarını müzakirə etmək üçün oktyabrın 13-14-də Misirə səfər edəcək.