Mirça Coana: “NATO üzvləri Ukraynanın bloka daxil olması ilə bağlı konsensus əldə etməyiblər”

Mirça Coana: “NATO üzvləri Ukraynanın bloka daxil olması ilə bağlı konsensus əldə etməyiblər” “NATO üzvləri Ukraynanın bloka daxil olması ilə bağlı konsensus əldə etməyiblər”.
Digər ölkələr
10 İyun , 2023 22:45
Mirça Coana: “NATO üzvləri Ukraynanın bloka daxil olması ilə bağlı konsensus əldə etməyiblər”

“NATO üzvləri Ukraynanın bloka daxil olması ilə bağlı konsensus əldə etməyiblər”.

“Report” xəbər verir ki, bunu Rumıniyanın “dcnews.ro” agentliyinə müsahibəsində Alyansın Baş katibinin müavini Mirça Coana deyib.

O, hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenski başa düşür ki, davam edən münaqişə dövründə Ukraynanın NATO-ya daxil olması mövzusu dayandırılmalıdır.

Onun sözlərinə görə, bu, iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitində müəyyən qərarların qəbul edilməyəcəyi anlamına gəlmir:

“NATO-Ukrayna Komissiyası NATO-Ukrayna Şurası səviyyəsinə yüksəldiləcək. Vilnüsdə keçiriləcək sammitdə bloka üzv ölkələrin liderləri son 50 ildə hərbi strategiya və planlaşdırmada ən mühüm dəyişikliyi təsdiq edəcəklər. Ukrayna indi NATO və Qərb demokratiyalarına həmişəkindən daha yaxındır”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski vurğulayıb ki, ölkə müharibə zamanı NATO-ya daxil ola bilməz.

Son xəbərlər

Orphus sistemi