​Miqrantlar Sloveniyada çadır şəhərciyini yandırıblar

Digər ölkələr
  • 22 oktyabr, 2015
  • 01:25
​Miqrantlar Sloveniyada çadır şəhərciyini yandırıblar

Bakı. 22 oktyabr. REPORT.AZ/ Sloveniyada qurulan tranzit düşərgədə hakimiyyətin onlara münasibətindən narazı olan miqrantlar çadırları yandırıblar.

"Report" BBC-yə istinadən xəbər verir ki, onlar bu şəkildə öz etirazlarını bildiriblər.

Miqrantlar arasında əsas narazılıq, onların qeydiyyat prosesi və Avstriya ilə sərhədə aparılmasının ləngidilməsidir. Bu barədə nəşr şahidlərin sözlərinə istinadən yazır. Miqrantlar, həmçinin qida, su və ədyal çatışmazlığından narazılıq edirlər.

44 filmi