“Mİ-6” rəhbərinin "Brexit"ə görə vəzifədən getməsi ləngiyəcək

“Mİ-6” rəhbərinin "Brexit"ə görə vəzifədən getməsi ləngiyəcək Bakı. 13 fevral. REPORT.AZ/ Böyük Britaniyanın “Mİ-6” xarici kəşfiyyat xidmətinin rəhbəri Aleks Yanger ötən ilin noyabr ayında 5 il işlədikdən sonra vəzifədən gedəcəyini açıqlamasına baxmayaraq, həssas post-Brexit dövründə sözügedən idarəyə rəhbərlik edəcək.
Digər ölkələr
13 Fevral , 2019 12:47
“Mİ-6” rəhbərinin Brexitə görə vəzifədən getməsi ləngiyəcək
0 : 00
0 : 00

Bakı. 13 fevral. REPORT.AZ/ Böyük Britaniyanın “Mİ-6” xarici kəşfiyyat xidmətinin rəhbəri Aleks Yanger ötən ilin noyabr ayında 5 il işlədikdən sonra vəzifədən gedəcəyini açıqlamasına baxmayaraq, həssas "post-Brexit" dövründə sözügedən idarəyə rəhbərlik edəcək.

“Report” “The Times”a istinadən xəbər verir ki, hökumət üzvləri A.Yangerin "Brexit"dən sonra daha 12-24 ay “Mİ-6”nın rəhbərliyində qalmasını istəyirlər. 

Beləliklə, məsələ rəsmi şəkildə həllini tapsa, A.Yanger 1960-cı illərdən sonra həmin vəzifədə ən çox qalan şəxs olacaq. Mövcud ənənəyə görə isə bu kimi vəzifələrdə 5 ildən çox işləmək olmaz.

Həmçinin “Mİ-5” əks-kəşfiyyat xidmətinin 2013-cü ildə təyin olunmuş rəhbəri Əndrü Parkerin də həmin vəzifədə 2020-ci ilədək işləməyə razılıq verdiyi misal gətirilir.

Son xəbərlər

Orphus sistemi