Ötən il Yəməndə 10 mətbuat işçisi öldürülüb

Ötən il Yəməndə 10 mətbuat işçisi öldürülüb Bakı. 2 yanvar. REPORT.AZ/ 2018-ci ildə Yəməndə 10 mətbuat işçisi qətlə yetirilib.
Digər ölkələr
2 Yanvar , 2019 05:29
Ötən il Yəməndə 10 mətbuat işçisi öldürülüb

Bakı. 2 yanvar. REPORT.AZ/ 2018-ci ildə Yəməndə 10 mətbuat işçisi qətlə yetirilib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, onlar arasında müxbir və operatorlar da var. Yəmənin Jurnalistlər Birliyinin yaydığı hesabata görə, media mənsublarının 5-i koalisiya qüvvələri, 3-ü husilər, 2-i isə naməlum silahlı qüvvələr tərəfindən qətlə yetirilib.

Məlumata görə, ötən il jurnalistlərə, fotomüxbirlərə, onlarla qəzetə, sayta, redaksiyaya qarşı 226 qanun pozuntusu qeydə alınıb. Qanun pozuntularından 136-a husilər, 68-a iqtidara yaxın qüvvələr, 11-a koalisiya qüvvələri tərəfindən yol verilib. 

Daha əvvəl məlum olub ki, Yəməndə 2,2 milyon uşaq aclıqdan əziyyət çəkir.

Son xəbərlər

Orphus sistemi