Məsud Barzaninin müavini barəsində cinayət işi açılıb

Məsud Barzaninin müavini barəsində cinayət işi açılıb İraqın Ali Məhkəməsi Kosret Resulun həbsinə dair qərar qəbul edib
Digər ölkələr
19 Oktyabr , 2017 16:31
Məsud Barzaninin müavini barəsində cinayət işi açılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ İraq Ali Məhkəməsi ölkənin şimalındakı Kürd Muxtar Əyalətinin başçısı Məsud Barzaninin müavini Kosret Resulun həbsinə dair qərar qəbul edib.

“Report” “Ajanshaber”ə istinadən xəbər verir ki, bunu məhkəmənin sözçüsü Abdusettar Bayaraktar bildirib. 

Məlumata görə, K.Resul İraqın mərkəzi hakimiyyətini və ona bağlı hərbi birlikləri "işğalçı güclər" adlandırıb. Bu açıqlamasına görə onun barəsində cinayət işi açılıb. 

Qeyd edək ki, Kosret Resul həm də muxtariyyətin “peşmərgə” adlı silahlı dəstələrinin başçısıdır.

Son xəbərlər

Orphus sistemi