Məşhur musiqi qrupunun üzvləri ABŞ-a səfərdən sonra koronavirusa yoluxub

Digər ölkələr
  • 26 dekabr, 2021
  • 02:17
Məşhur musiqi qrupunun üzvləri ABŞ-a səfərdən sonra koronavirusa yoluxub

Cənubi Koreyanın BTS K-pop qrupunun üç üzvü ABŞ-a qastrol səfərindən sonra koronavirusa yoluxub.

"Report" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Reper RM, vokalçı Kim Sokçin və bəstəkar Şuqinin COVID-19 testi müsbət çıxıb. Üstəlik, hər üçü avqust ayında peyvəndin ikinci mərhələsindən keçib.

Qeyd edək ki, "SberSound"un apardığı ilin yekun musiqi nəticələrinə görə, qrup populyarlıqda dördüncü yeri tutub.

44 filmi