Meşə yanğınları üzündən 5 minə yaxın kanadalı təxliyyə edilib

Meşə yanğınları üzündən 5 minə yaxın kanadalı təxliyyə edilib Yanğın nəticəsində 200-dən çox yaşayış evi və başqa tikililər yanıb
Digər ölkələr
10 Sentyabr , 2017 06:54
Meşə yanğınları üzündən 5 minə yaxın kanadalı təxliyyə edilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Kanadanın Britaniya Kolumbiyası əyalətinin sakinləri meşə yanğınları səbəbindən təxliyyə olunmaq barədə göstəriş alıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, artıq 4,8 min vətəndaş öz evini tərk edib, daha 11,6 min nəfər təxliyyə olunmağa hazırlaşır.

Meşə yanğınlarının ən iri ocaqları əyalətin cənubunda yerləşir, Kranbruk və İst-Kuteney şəhərləri yaxınlığındakı yanğın sahəsi 4,5 min hektardır. 200-dən çox yaşayış evi və başqa tikililər yanıb. Yanğınların söndürülməsinə Kanadanın şərqində yerləşən Nyu-Bransvik və Nyufaundlend və Labrador əyalətlərindən yanğınsöndürənlər cəlb olunub.

Son xəbərlər

Orphus sistemi