Yuxarı
    Bağlamaq

    Mərakeşdə yol qəzası nəticəsində 10 nəfər diri-diri yanıb

    Yük maşını sərnişin avtobusu ilə toqquşub

    Bakı. 7 yanvar. REPORT.AZ/ Mərakeşin cənubunda baş verən yol qəzasında azı 10 nəfər diri-diri yanıb, daha 22 nəfər isə yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.

    Qəza ölkənin cənubundakı Aqadir şəhərindən 40 km aralıda baş verib. Yük maşını sərnişin avtobusu ilə toqquşub və nəticədə nəqliyyat vasitəsi yanmağa başlayıb.

    Xəsarət alanların bəziləri helikopterlə Mərakeş şəhərinə aparılıb, digərləri isə Aqadirdəki xəstəxanaya yerləşdiriliblər.

    Səlahiyyətli qurumlar hadisənin başvermə detallarını araşdırmağa başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi