Bakı. 25 noyabr. REPORT.AZ/ Mərakeşin cənubunda ən azı 32 nəfər güclü daşqınların qurbanı olub, daha 6 nəfər itkin düşüb.
"Report" xəbər verir ki, təbii fəlakətə ötən istirahət günləri krallığın cənubuna yağan güclü yağışlar səbəb olub.
Daşqınlar nəticəsində xüsusilə 24 nəfərin həlak olduğu Quelmim əyaləti zərər çəkib.
Mərakeşin xilasetmə xidmətləri 214 nəfəri təbii fəlakət zonasından xilas ediblər.