Suriya məsələsinə dair görüş noyabrın 14-də Vyanada keçiriləcək

Suriya məsələsinə dair görüş noyabrın 14-də Vyanada keçiriləcək "Görüş cədvəli bir daha müzakirə edilir. Çox güman ki, o, şənbə günü baş tutacaq"
Digər ölkələr
9 Noyabr , 2015 14:23
Suriya məsələsinə dair görüş noyabrın 14-də Vyanada keçiriləcək

Bakı. 9 noyabr. REPORT.AZ/ Noyabrın 19-da Vyanada Suriya məsələsinin nizama salınmasına dair çoxtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

"Report"un verdiyi məlumata görə, bu barədə TASS-a diplomatik mənbə məlumat verib. 

"Görüş cədvəli bir daha müzakirə edilir. Çox güman ki, tərəflər şənbə günü bir araya gələcək", - deyə mənbə bildirib.

Bundan öncə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer isə bildirmişdi ki, Suriya üzrə yeni görüş Avstriya paytaxtında noyabrın 12-də keçiriləcək. Pekindəki rəsmi mənbələr isə bildiriblər ki, Çin tərəfi Vyanada keçiriləcək Suriya danışıqlarında məhz noyabrın 14-də iştirak etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi