Tramp: "Mən heç vaxt deməmişəm ki, qoşunumuz Suriyadan tezliklə çıxarılacaq"

Tramp: "Mən heç vaxt deməmişəm ki, qoşunumuz Suriyadan tezliklə çıxarılacaq" Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Suriyadakı qoşunlarının bu ölkədən tezliklə çıxarılacağı barədə məlumatı təkzib edib.
Digər ölkələr
6 Yanvar , 2019 20:43
Tramp: Mən heç vaxt deməmişəm ki, qoşunumuz Suriyadan tezliklə çıxarılacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Suriyadakı qoşunlarının bu ölkədən tezliklə çıxarılacağı barədə məlumatı təkzib edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Biz qoşunlarımızı çıxaracağıq. Mən heç vaxt deməmişəm ki, bu belə tez ediləcək", - deyə Ağ Ev rəhbəri bildirib.

Ötən ilin 19 dekabrında ABŞ rəhbərliyi Birləşmiş Ştatların qoşununun Suriya ərazisindən çıxarılmasının başlandığını bildirib.

Daha əvvəl məlum olub ki, ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan tam çıxarılması barədə qərarına baxmayaraq, hərbçilərin bir hissəsi qeyri-müəyyən müddətə qədər ərəb ölkəsinin cənubunda qala bilər.

Son xəbərlər

Orphus sistemi