Yuxarı

ABŞ qoşunlarının bir hissəsi Suriyada qala bilər

​ABŞ qoşunlarının bir hissəsi Suriyada qala bilər 1905

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan tam çıxarılması barədə qərarına baxmayaraq, hərbçilərin bir hissəsi qeyri-müəyyən müddətə qədər ərəb ölkəsinin cənubunda qala bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü ABŞ administrasiyasındakı mənbəyə istinadən NBC teleşirkəti məlumat yayıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar qoşunların çıxarılması üçün konkret vaxt müəyyən etməyib. Mənbə bildirib ki, bununla belə onlar hesab edirlər ki, Suriya ərazisində fəaliyyət göstərən İŞİD terror təşkilatının yerdə qalan yaraqlıları üzümüzə gələn həftələrdə məhv edilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi