KİV: Tramp Dünya Bankının rəhbəri vəzifəsinə Devid Melpasın namizədliyini irəli sürə bilər

KİV: Tramp Dünya Bankının rəhbəri vəzifəsinə Devid Melpasın namizədliyini irəli sürə bilər Bakı. 9 yanvar. REPORT.AZ/ Prezident Donald Tramp administrasiyası Dünya Bankının rəhbəri postuna ABŞ-ın maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Devid Melpasın namizədliyinin irəli sürülməsi imkanlarını nəzərdən keçirir.
Digər ölkələr
9 Yanvar , 2019 23:35
KİV: Tramp Dünya Bankının rəhbəri vəzifəsinə Devid Melpasın namizədliyini irəli sürə bilər

Bakı. 9 yanvar. REPORT.AZ/ Prezident Donald Tramp administrasiyası Dünya Bankının rəhbəri postuna ABŞ-ın maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Devid Melpasın namizədliyinin irəli sürülməsi imkanlarını nəzərdən keçirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü aparılan müzakirələrin gedişi ilə tanış olan mənbələrə istinadən "The Daily Caller" internet nəşri bildirib.

Melpas 2017-ci ilin sentyabrından ABŞ-ın Maliyyə Nazirliyində indiki vəzifəsini icra edir. İqtisadçı mühafizəkar baxışları ilə məşhurdur.

Ağ Evin mətbuat katibi Sara Sanders nəşrə açıqlamasında Melpasın həmin vəzifəyə namizədliyinin müzakirəsi haqqında informasiyanı təsdiqləməyib. O, yalnız bildirib ki, hazırda bu mövzuyla əlaqədar heç bir açıqlama yoxdur.

Daha əvvəl Dünya Bankının yaydığı bəyanatda bildirilib ki, təşkilatın hazırkı prezidenti Cim Yon Kim fevralın 1-də öz postunu tərk edəcək. Onun vəzifə səlahiyyətlərini müvəqqəti olaraq icraçı direktor Kristalina Georgiyeva yerinə yetirəcək.

Son xəbərlər

Orphus sistemi