Yuxarı
    Bağlamaq

    Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 226 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-6

    Yeraltı təkanların gücü 7,1 maqnituda olub© AP Foto/Rebecca Blackwell

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Meksikada güclü zəlzələ nəticəsində ölənlərin sayı 226 nəfərə çatıb.  "Report" xəbər verir ki, bu barədə ölkənin Qəza-Xilasetmə Xidmətinin rəhbəri bildirib. 

    ***05:58

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Yeni məlumatlara görə, Meksikada güclü zəlzələ nəticəsində azı 139 nəfər həyatını itirib.

    "Report" xəbər verir ki, bu barədə ölkənin Qəza-Xilasetmə Xidmətinin rəhbəri Luis Felipe Puenteyə istinadən RİA "Novosti" məlumat yayıb.

    "Hazırda 139 nəfərin öldüyü xəbər verilir: 64 nəfər Morelos ştatında, 36 nəfər Mexiko şəhərində, 29 nəfər Puebla ştatında, 9 nəfər Mexiko ştatında və 1 nəfər Qerrero ştatında", - deyə Puentenin "Twitter"də yazdığı məlumatda bildirilir.

    Çərşənbə axşamı Meksikada 7,1 maqnituda zəlzələ baş verib. Nəticədə evlər dağılıb, insanlar təxliyyə olunub və paytaxt Mexikoda fövqəladə vəziyyət rejimi elan edilib.


    ***03:02

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Çərşənbə axşamı Meksikada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb.

    "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.


    ***02:08

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Meksikada güclü zəlzələ nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə yerli hakimiyyətin məlumatında bildirilir.


    ***00:38

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Meksikada güclü zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.


    ***00:14

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Meksikanın paytaxtı Mexikoda baş verən güclü zəlzələ nəticəsində 5 nəfər həyatını itirib.

    "Report" xəbər verir ki, bu barədə məlumat yerli KİV-də yayılıb.


    ***23:25

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Meksikanın paytaxtı Mexiko ərazisində güclü zəlzələ qeydə alınıb.

    "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, ilkin məlumata görə, yeraltı təkanların maqnitudası 6,8 təşkil edib.

    Zəlzələnin episentri Mexikonun şərqinə düşüb. Öz növbəsində bəzi kütləvi informasiya vasitələri maqnitudanın 7,4 olduğunu yazır.

    Digər məlumatlar dəqiqləşdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi