Meksikada zəlzələdən sonra fövqəladə vəziyyət elan olunub
Digər ölkələr
- 19 fevral, 2018
- 02:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 fevral. REPORT.AZ/ Meksikanın Milli Mülki Müdafiə Xidməti bazar günü bu yaxınlarda baş vermiş güclü zəlzələdən zərər çəkən Oaxaka ştatının 33 bələdiyyəsində fövqəladə vəziyyət rejimi elan edib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, rejimin elan edilməsini ştat rəhbərliyi özü istəyib.
İdarənin məlumatında bildirilir ki, bu tədbir sözügedən rayonların təbii fəlakət nəticələrinin aradan qaldırılması üzrə xüsusi fondun vəsaitlərinə çıxış əldə etməsinə imkan verəcək.
Ötən cümə Oaxaka ştatında 7,2 maqnituda zəlzələ baş verib. Nəticədə yüzlərlə tikiliyə ziyan dəyib, 1,3 milyon ev və ticarət nöqtəsi işıqsız qalıb.
Son xəbərlər
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region
01:41
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Digər ölkələr
01:16
Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Digər ölkələr
00:40
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub
Digər ölkələr
00:03
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
Digər ölkələr
23:48
Abdallah Sima Fransa çempionatında 12 ildən sonra bir oyunda beş qol vuran ilk futbolçu olub
Futbol
23:33
Corc Rassell Qətər Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
23:24
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
Digər ölkələr
23:06
Video
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Region