Meksikada yük maşını ilə avtobusun toqquşması zamanı 16 nəfər həlak olub

Meksikada yük maşını ilə avtobusun toqquşması zamanı 16 nəfər həlak olub Meksikanın şimalındakı Sonora ştatının Sonoyta-San-Luis-Rio-Kolorado magistral yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.
Digər ölkələr
2 Sentyabr , 2021 23:30
Meksikada yük maşını ilə avtobusun toqquşması zamanı 16 nəfər həlak olub

Meksikanın şimalındakı Sonora ştatının Sonoyta-San-Luis-Rio-Kolorado magistral yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə regionun prokurorluğu tvitterdəki hesabında bildirib.

Məlumata görə, qəza zamanı 16 nəfər həlak olub, 20-dən çox insan müxtəlif xəsarətlər alıb.

"Hazırda 22 nəfərin xəsarət alması məlumdur, onlardan 6-sı ağır vəziyyətdədir və 16 nəfər həlak olub. Xilasedici əməliyyat davam edir”, - paylaşımda deyilir.

Faciənin mümkün səbəbləri haqqında məlumatlar verilmir.

Prokurorluğun əməkdaşları avtomobil qəzasının başvermə şəraitini araşdırmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi