Meksikada sükan arxasında yatan sürücü avtobusu aşırıb, 11 nəfər ölüb

Meksikada sükan arxasında yatan sürücü avtobusu aşırıb, 11 nəfər ölüb Meksikada avtobusun aşması nəticəsində üçü uşaq olmaqla, 11 nəfər həyatını itirib.
Digər ölkələr
29 Aprel , 2019 05:33
Meksikada sükan arxasında yatan sürücü avtobusu aşırıb, 11 nəfər ölüb

Meksikada avtobusun aşması nəticəsində üçü uşaq olmaqla, 11 nəfər həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Reuters" məlumat yayıb.

Qəza bazar günü səhər saatlarında 40 nəfər daşıyan avtobus Mexikodan ölkənin şimalında yerləşən Torreon şəhərinə gedərkən baş verib.

İlkin məlumatlara görə, avtobusun sürücüsü sükan arxasında yatıb və nəticədə idarəetməni itirib ki, bu da nəqliyyat vasitəsinin aşmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi