Meksikada quldurların hücumu zamanı 6 polis əməkdaşı qətlə yetirilib

Digər ölkələr
  • 04 dekabr, 2018
  • 02:45
Meksikada quldurların hücumu zamanı 6 polis əməkdaşı qətlə yetirilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Meksikanın Halisko ştatında silahlı cinayətkarlar polis əməkdaşlarına hücum edib.

"Report" xəbər verir ki, bu barədə ştatın baş prokurorluğu məlumat yayıb.

Bildirilir ki, hadisə La-Uerta bələdiyyəsi ərazisində baş verib. Hücum zamanı 6 polis əməkdaşı öldürülüb, həmçinin daha 1 polis yaralanıb.

Faktla bağlı təhqiqat aparılır. Ərazidə cinayətkarların axtarışı həyata keçirilir.