Meksikada polislə cinayətkar qruplaşma arasına atışma baş verib, ölənlər və yaralananlar var

Meksikada polislə cinayətkar qruplaşma arasına atışma baş verib, ölənlər və yaralananlar var Cinayətkarların ikisini zərərsizləşdirib, üçü həbs edilib
Digər ölkələr
16 Oktyabr , 2016 04:14
Meksikada polislə cinayətkar qruplaşma arasına atışma baş verib, ölənlər və yaralananlar var

Bakı. 16 oktyabr. REPORT.AZ/ Meksikada cinayətkarlar polisə odlu silahdan atəş açıblar.

"Report"un məlumatına görə, bu barədə "TASS" xəbər yayıb.

Hadisə ölkə paytaxtının şimalındakı Santyaqo-Atepetlak rayonunda baş verib. Polis cavab atəşi ilə cinayətkarların ikisini zərərsizləşdirib.

Habelə üç cinayətkar həbs edilib. İctimai Təhlükəsizlik Nazirliyi yanında polis qərargahının rəhbəri Viktor Ortis bildirib ki, atışma zamanı həmçinin 2 polis əməkdaşı da yaralanıb. "Hadisə yerindən bu silahların digər cinayətlərdə istifadə edilib-edilmədiyinhi araşdırmaq məqsədilə ekspertizaya təqdim edilmək üçün 4 avtomat silahı, 2 tapança götürülüb" – deyə Ortis qeyd edib.

O, qeyd edib ki, cinayətkarlar 4 avtomobildən, op cümlədən Mexikonun taksi nömrəsindən istifadə ediblər.

Polisə hücum faktı ilə bağlı bir neçə maddə üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi