Meksikada koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Meksikada koronavirusdan ilk ölüm faktı qeydə alınıb Meksikada daha əvvəl ABŞ-a səfər etdikdən sonra koronavirusa yoluxduğu təsdiqlənmiş Xose Kuri adlı 71 yaşlı iş adamı ölüb.
Digər ölkələr
16 Mart , 2020 12:27
Meksikada koronavirusdan ilk ölüm faktı qeydə alınıb

Meksikada daha əvvəl ABŞ-a səfər etdikdən sonra koronavirusa yoluxduğu təsdiqlənmiş Xose Kuri adlı 71 yaşlı iş adamı ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

X.Kuri “Grupo Financiero Inbursa” və “Minera Frisco” adlı iki şirkətin rəhbəri və eyni zamanda daha yeddi şirkətin direktorlar şurasının üzvü idi.

Hazırda hökumət onun ölümünə koronavirusun səbəb olduğunu rəsmən təsdiqləməyib.

Qeyd edək ki, hazırda Meksikada 53 yoluxma halı qeydə alınıb. Dünən yerli hökumət məktəblərdə, universitetlərdə və uşaq bağçalarında dərslərin və idman tədbirlərinin martın 20-dən aprelin 20-dək ləğv olunduğunu elan edib. 

Son xəbərlər

Orphus sistemi