Meksikada koronavirusa yoluxanların sayı 68,6 mini ötdü

Meksikada koronavirusa yoluxanların sayı 68,6 mini ötdü Meksikada koronavirus qurbanlarının sayı bir gündə daha 215 nəfər artıb.
Digər ölkələr
25 May , 2020 06:34
Meksikada koronavirusa yoluxanların sayı 68,6 mini ötdü

Meksikada koronavirus qurbanlarının sayı bir gündə daha 215 nəfər artıb.

"Report" RİA "Novosti"yə xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 7 394 nəfərə çatıb. Koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 68 620 təşkil edir. 

"Bu gün yenilənmiş məlumatlara əsasən, bütün pandemiya ərzində COVID-19-dan 7 394 insan öldü", - mətbuat konfransının gedişatında Meksikanın Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin direktoru Xose Luis Alomia deyib.

Son bir gün ərzində aktiv yoluxma hallarının sayı 6 nəfərə qədər azalıb və 14 247 nəfər təşkil edir. Hakimiyyət orqanları COVID-19-la bağlı şübhəli 595 ölüm və 28 931 yoluxma hallarını öyrənir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi