Meksikada koronavirus xəstələrinin sayı 275 mini ötdü

Digər ölkələr
  • 09 iyul, 2020
  • 02:19
Meksikada koronavirus xəstələrinin sayı 275 mini ötdü

Meksikada ötən sutka koronavirusa 6 995 yoluxma qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, bununla da Şimali Amerika ölkəsində COVID-19-a yoluxma hallarının sayı 275 003-ə çatıb.

Qeyd edilir ki, ölkədə ümumilikdə 32 796 nəfər pandemiyanın qurbanı olub. Son sutkada daha 782 nəfər koronavirusdan ölüb.

Hazırda ölkədə 74 412 nəfər aktiv koronavirus xəstəsi var.

44 - Tezliklə