Meksikada içərisində radioaktiv maddə olan yük maşını oğurlanıb

Meksikada içərisində radioaktiv maddə olan yük maşını oğurlanıb 11 ştat ərazisində "həyəcan" elan edilib
Digər ölkələr
9 İyul , 2018 17:52
Meksikada içərisində radioaktiv maddə olan yük maşını oğurlanıb

Bakı. 9 iyul. REPORT.AZ/ Meksikada içərisində radioaktiv maddə olan yük maşınının oğurlanması ilə əlaqədar ölkə ərazisində "həyəcan" elan edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Meksika paytaxtının Mülki Müdafiə Nazirliyi məlumat yayıb.

Həyəcan "İridium-192" ilə avtomobilin ola biləcəyi 11 ştat ərazisində elan edilib.

O, dünən Mexikonun Alvaro-Obreqon rayonu ərazisində oğurlanıb və bildirilir ki, radioaktiv maddə onu oğurlayan şəxslər üçün da təhlükə ola bilər.

Qeyd edilir ki, şirkətin avtomobilini qaçıran cinayətkarlar onun göyərtəsində təhlükəli yük olduğunu bilməyiblər.

Son xəbərlər

Orphus sistemi