Meksikada içərisində insan qalıqlarının olduğu 18 kisə tapılıb

Meksikada içərisində insan qalıqlarının olduğu 18 kisə tapılıb Meksikanın Halisko ştatı ərazisində yerli hakimiyyət dairələri tərəfindən içərisində insan qalıqları olan 18 plastik kisə aşkar edilib.
Digər ölkələr
18 May , 2019 03:50
Meksikada içərisində insan qalıqlarının olduğu 18 kisə tapılıb

Meksikanın Halisko ştatı ərazisində yerli hakimiyyət dairələri tərəfindən içərisində insan qalıqları olan 18 plastik kisə aşkar edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə günü ştatın prokuroru Herardo Solis deyib.

Onun sözlərinə görə, dəhşətli tapıntı hərbçilərin Tlahomulko şəhəri ərazisində oğurlanmış insanların azad edilməsi üzrə həyata keçirdiyi əməliyyat zamanı aşkar edilib. Oğurlanmış şəxslərdən biri qaça və dövlətdən kömək istəyə bilib.

Nəticədə təqribən 50 xüsusi təyinatlı həmin insanın göstərdiyi evə daxil olub və üç oğurlanmış şəxsi azad edib, həmçinin atışmadan sonra 3 adam oğrusunu tutub.

Əməliyyat zamanı hərbçilər doğranmış insan cəsədlərinin olduğu plastik kisələr tapıblar.

Prokurorun sözlərinə görə, hazırda saxlanılan şəxslər dindirilmək üçün prokurorluğa aparılıb.

Son xəbərlər

Orphus sistemi