Meksikada gün ərzində COVID-19-dan rekord sayda ölüm qeydə alındı

Meksikada gün ərzində COVID-19-dan rekord sayda ölüm qeydə alındı Meksikanın Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel keçirdiyi mətbuat konfransının gedişatında ölkədə koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.
Digər ölkələr
19 May , 2020 07:07
Meksikada gün ərzində COVID-19-dan rekord sayda ölüm qeydə alındı

Meksikanın Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel keçirdiyi mətbuat konfransının gedişatında ölkədə koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Uqo Lopes-Qatel bildirib ki, bir gün ərzində ölkədə koronavirusa 2 414 yoluxma halı aşkarlanıb, 155 nəfər COVID-19-dan ölüb. Bu, gün ərzində ölüm sayına görə rekord sayılır.

Meksikada COVID-19-a yoluxma ilk dəfə fevralın 28-də aşkar olunub. Həmin gündən indiyə kimi ölkədə virusa ümumilikdə 51 633 insan yoluxub.

Hazırda 656 nəfərin ölümünün səbəbi araşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi