Meksikada cinayətkarların qeyri-qanuni miqrasiyadan illik gəliri 600 milyon dollar ötüb

Meksikada cinayətkarların qeyri-qanuni miqrasiyadan illik gəliri 600 milyon dollar ötüb Meksikada qeyri-qanuni miqrasiyanın təşkili ilə məşğul olan cinayətkar qrupların ümumi gəliri təkcə 2019-cu ildə 600 milyon dolları ötüb.
Digər ölkələr
7 İyul , 2022 08:47
Meksikada cinayətkarların qeyri-qanuni miqrasiyadan illik gəliri 600 milyon dollar ötüb
Selfleadership.ru

Meksikada qeyri-qanuni miqrasiyanın təşkili ilə məşğul olan cinayətkar qrupların ümumi gəliri təkcə 2019-cu ildə 600 milyon dolları ötüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Meksikanın şimal sərhədindən ABŞ-a qanunsuz daxil olan Qvatemala, Honduras və Salvadordan olan hər 10 miqrantdan yeddisi bələdçilərin xidmətindən istifadə edib. Bələdçiyə minimum ödəniş 4559 ABŞ dollarıdır. 2019-cu ildə qeyri-qanuni miqrasiyanın təşkili təxminən 615 milyon ABŞ dolları gəlir gətirib”, - deyə məlumatda bildirilib.

Hər il yüz minlərlə sənədsiz miqrant Meksikadan ABŞ-a daxil olmağa çalışır. Rəsmi hesablamalara görə, 2022-ci il yanvarın 1-dən aprelin 13-dək hüquq-mühafizə və miqrasiya orqanlarının əməkdaşları ölkə ərazisində 115,3 min əcnəbini saxlayıb. Ötən il onların sayı 250 mini keçib, 110 mini isə sonda deportasiya edilib.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador 2021-ci ilin avqustunda hökumətinin miqrasiya axınının qarşısını almağa davam edəcəyini söyləyib. O, həmçinin qeyd edib ki, insanları daha yaxşı həyat axtarışında ölkələrini tərk etməyə məcbur edən problemləri həll etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi