Bakı. 22 yanvar. REPORT.AZ/ Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə İdalqo ştatının qubernatoru Ömər Fayyada istinadən "Imagen" radiosu məlumat yayıb.
"Vəziyyət dəyişib: bədbəxtlikdən, ciddi yanıq xəsarətlərindən artıq 91 nəfər ölən var", — deyə o bildirib.
Bununla yanaşı, qubernatorun sözlərinə görə, hazırda daha 52 nəfər xəstəxanalarda yatır.
Bundan əvvəl ölənlərin sayının 85 nəfər olduğu məlum idi.