Meksikada baş vermiş ağır yol qəzasında 16 nəfər ölüb

Meksikada baş vermiş ağır yol qəzasında 16 nəfər ölüb Qəza zamanı ölənlərdən 3-ü uşaqdır
Digər ölkələr
28 Noyabr , 2017 06:59
Meksikada baş vermiş ağır yol qəzasında 16 nəfər ölüb

Bakı. 28 noyabr. REPORT.AZ/ Meksikanın Puebla ştatında içində sərnişinlərin olduğu "Pikap" tipli avtomobilin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "El Universal" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə dağ rayonundakı yolda baş verib. Belə ki, avtomobil hərəkətdə olarkən aşıb. Qəza zamanı ölənlərdən 3-ü uşaqdır.

Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.  

Son xəbərlər

Orphus sistemi