Meksikada avtobusun dərəyə yuvarlanması nəticəsində 16 nəfər həlak olub

Meksikada avtobusun dərəyə yuvarlanması nəticəsində 16 nəfər həlak olub İlkin məlumatlara görə, qəza sürət həddinin aşılması səbəbiylə baş verib
Digər ölkələr
22 May , 2017 09:50
Meksikada avtobusun dərəyə yuvarlanması nəticəsində 16 nəfər həlak olub

Bakı. 22 may. REPORT.AZ/ Meksikanın cənubundakı Çyapas ştatında avtobusun 100 metr hündürlüyə malik dərəyə aşması nəticəsində azı 16 nəfər həlak olub, 25 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, yol qəzası Motosintla və Uistla bələdiyyələri arasındakı yolda baş verib.

Polis avtobusda olanların dini təriqət üzvləri olduğunu bildirib. İlkin məlumatlara görə, qəza sürət həddinin aşılması səbəbiylə baş verib.

Hadisə yerində xilasetmə xidmətlərinin əməkdaşları çalışır.

Son xəbərlər

Orphus sistemi