Meksikada ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 55 nəfərə çatıb

Meksikada ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 55 nəfərə çatıb Meksikanın cənubundakı Çyapas ştatında miqrantları daşıyan yük maşınının qəzaya uğraması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Digər ölkələr
10 Dekabr , 2021 23:10
Meksikada ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 55 nəfərə çatıb

Meksikanın cənubundakı Çyapas ştatında miqrantları daşıyan yük maşınının qəzaya uğraması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Rutilio Eskandon tviter hesabında bildirib.

“Dünənki avtomobil qəzasından sonra təəssüf ki, bu gün daha bir nəfər həlak olub, qurbanların ümumi sayı 55-ə çatıb”, - deyə o, tviterdə yazıb: “Federal hökumətlə birlikdə xəsarət alanlara və qurbanların yaxınlarına onların tək olmadığına zəmanət veririk. Mən zəruri yardım göstərilməsi barədə tapşırıq verdim, biz səylərimizi əsirgəməyəcəyik. Yol qəzasında 100-dən çox insan xəsarət alıb, onlardan bir neçəsi hələ də xəstəxanalardadır”.

Qeyd edək ki, hadisə cümə axşamı baş verib. Mərkəzi Amerikanın bir neçə ölkəsinin yerli sakinlərinin olduğu qoşqulu yük maşını Çiapas ştatının paytaxtı Tustla Qutyerres yaxınlığında istinad divarına çırpılaraq aşıb. Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçıb, hüquq-mühafizə orqanları onu axtarır.

Avtomobil qəzasında insanların həlak olması ilə bağlı region prokurorluğu tərəfindən cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi