Meksika-ABŞ sərhədini keçməyə çalışan miqrantlar sığınacaqlara qayıdıblar

Meksika-ABŞ sərhədini keçməyə çalışan miqrantlar sığınacaqlara qayıdıblar Bakı. 26 noyabr. REPORT.AZ/ Meksikanın ABŞ-la sərhədini keçməyə çalışan miqrantlar sığınacaqlara qayıdıblar.
Digər ölkələr
26 Noyabr , 2018 06:35
Meksika-ABŞ sərhədini keçməyə çalışan miqrantlar sığınacaqlara qayıdıblar

Bakı. 26 noyabr. REPORT.AZ/ Meksikanın ABŞ-la sərhədini keçməyə çalışan miqrantlar sığınacaqlara qayıdıblar.

"Report"un xəbərinə görə, bu barədə yerli "Milenio" portalı yazıb.

Bildirilir ki, miqrantlar Meksikanın Tixuan şəhərinə geri dönüblər.

Qeyd edək ki, daha əvvəl bir neçə yüz miqrant Meksika-Amerika sərhədinə doğru irəliləyib. Onlar Meksika polisi tərəfindən yaradılmış kordonu keçməyə cəhd göstəriblər. ABŞ sərhədçiləri bununla əlaqədar qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Habelə onlara rezin güllələr atıblar.

Son xəbərlər

Orphus sistemi