ABŞ sərhədçiləri Meksika ilə sərhəddə qanunsuz miqrantlara qarşı gözyaşardıcı qaz tətbiq edib - VİDEO - FOTO

ABŞ sərhədçiləri Meksika ilə sərhəddə qanunsuz miqrantlara qarşı gözyaşardıcı qaz tətbiq edib - VİDEO - FOTO Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ sərhədçiləri Meksika ilə sərhədi keçərək Birləşmiş Ştatlara qanunsuz yolla daxil olmağa çalışan miqrantlara qarşı gözyaşardıcı qaz tətbiq edib.
Digər ölkələr
26 Noyabr , 2018 03:43
ABŞ sərhədçiləri Meksika ilə sərhəddə qanunsuz miqrantlara qarşı gözyaşardıcı qaz tətbiq edib - VİDEO - FOTO

Bakı. 26 noyabr. REPORT.AZ/ ABŞ sərhədçiləri Meksika ilə sərhədi keçərək Birləşmiş Ştatlara qanunsuz yolla daxil olmağa çalışan miqrantlara qarşı gözyaşardıcı qaz tətbiq edib.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Bildirilir ki, Birləşmiş Ştatların Meksika ilə sərhədini keçməyə çalışan qeyi-leqal miqrantların sayı 500 nəfərə yaxın olub. Onlar Meksikanın Tixuana rayonu ərazisində toplaşıblar. Bu barədə isə "Milenio" xəbər verib.

Öz növbəsində "Excelsior" portalı Amerikanın güc strukturlarının miqrantları saxlamaq üçün rezin güllələrdən istifadə etdiyini xəbər verib. Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ sərhədçilərinin Birləşmiş Ştatların sərhədini qanunsuz keçməyə çalışan miqrantlara atəş açmaq ixtiyarının olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi