Bakı. 19 yanvar. REPORT.AZ/ Pakistan məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfə bəraət verib.
"Report" "France Press"ə istinadən xəbər verir ki, bu haqda keçmiş prezidentin vəkili bildirib.
Məlumata görə, yanvarın 18-də məhkəmə Pərviz Müşərrəfə qarşı irəli sürülən bütün ittihamlara xətm verib.
Qeyd edək ki, o, 2006-cı ildə ölkənin Bəlucistan əyalətinin yerli lideri Əkbər Buqtinin qətlində ittiham edilirdi. P.Müşərrəf 2001-2008-ci illərdə Pakistan prezidenti olub.