Noyabrın 18-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil müəssisəsindəki Azərbaycan Klubunun 15 illiyinə həsr olunmuş Azərbaycan Həftəsinin açılış mərasimi keçirilib.
"Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin rəsmi hissəsini MDBMİ-nin ümumi məsələlər üzrə prorektoru Artyom Malqin açıb.
O, çıxışı zamanı bu cür tədbirlərin Azərbaycan icmasından çox, digər ölkələrin və xalqların nümayəndələrinin Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə tanış ola bilmələri üçün keçirildiyini vurğulayıb.
Sonra söz
T.Əhmədova xatırladıb ki, 2013-cü ildə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk MDBMİ Məzunları Forumu keçirilib. O, həmçinin tezliklə Azərbaycanda institutun filialının açılacağına ümidvar olduğunu bildirib.
"MDBMİ-dəki Azərbaycan Həftəsi Rusiya təhsilinin flaqmanı ilə ölkəmiz arasındakı əlaqələr zəncirində çox vacib həlqədir. İnstitutdan çox sayda yüksək səviyyəli peşəkar, ixtisaslı mütəxəssis məzun olur. Onlar ölkənin nüanslarını, mentalitetini və tarixini bilmədən necə iş qura bilər, böyük siyasətlə məşğul ola bilər? Bu tədbir tələbə və müəllimlərə, qonaqlara Azərbaycanı daha yaxından tanımaq və onu kəşf etmək imkanı verəcək", - T.Əhmədova fikrini yekunlaşdırıb.
Azərbaycan Respublikası Prezidenti Aparatının əməkdaşı Natiq Əliyev MDBMİ-də Azərbaycan Klubunun yaranma tarixindən danışıb: “Klub 2004-cü ildə yaradılıb, lakin 2006-cı ildə yenidən qurularaq müasir formada fəaliyyətə başlayıb. Bizdən sonra həm Moskvada, həm də Rusiya Federasiyasının başqa subyektlərində müxtəlif universitetlər oxşar klub yaratmağa həvəs göstərdilər. Klubun fəaliyyətinin məntiqi nəticəsi Rusiya Azərbaycanlı Gənclər Təşkilatının - AMOR-un yaradılması oldu. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradıldı. AMORF Azərbaycan ilə Rusiya arasındakı humanitar əlaqələrin inkişafına müsbət töhfələr verir".
Tədbirlər çərçivəsində Azərbaycan rəssamlarının rəsm əsərlərindən ibarət sərgi, deputatların iştirakı ilə dəyirmi masa, Azərbaycan filmlərinin nümayişi, məşhur azərbaycanlılarla görüş, habelə sonda konsert keçiriləcək.
MDBMİ-də Azərbaycan Həftəsi noyabrın 22-dək davam edəcək.
İqbal Rüstəmov