Bakı. 22 dekabr. REPORT.AZ/ MDB müşahidəçilər missiyası dekabrın 21-də Özbəkistanda keçirilən Parlamentin qanunverici (aşağı) palatasına seçkilərin azad və sərbəst olduğunu qəbul ediblər. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Missiya hesab edir ki, seçkilər Özbəkistan Konstitusiyası, respublikada qüvvədə olan qanunvericilik və demokratik seçkilərin keçirilməsinin ümumi qəbul edilmiş normaları ilə müvafiq keçirilib. Müşahidəçilər üçün bütün şərait yaradılıb, o cümlədən seçki dairələrinin rəhbərləri, seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşlər təşkil olunub", - missiyanın rəhbəri, MDB icraçı katibi, İcraiyyə Komitəsinin sədri Sergey Lebedev jurnalistlərə bildirib.
76 nəfərdən ibarət missiyanın tərkibini Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan, eləcə də MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildir.