Bakı. 17 iyun. REPORT.AZ/ Moskvada MDB Antiterror Mərkəzinin yeni qərargahı açılıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov binanın ən müasir texnika ilə təchiz olunduğunu qeyd edib.
A.Novikovun sözlərinə görə, mərkəz MDB ölkələrində cari operativ vəziyyətə dair onlayn rejimdə məlumat mübadiləsi aparmağa, MDB səlahiyyətli orqanlarına terror təşkilatları və onların iştirakçıları haqqında məlumat bazasına daimi girişi təmin etməyə imkan verəcək.