Mayk Conson: Baydenin yeni miqrasiya qərarları sərhəddəki vəziyyəti daha da gərginləşdirir

Digər ölkələr
  • 05 iyun, 2024
  • 23:43
Mayk Conson: Baydenin yeni miqrasiya qərarları sərhəddəki vəziyyəti daha da gərginləşdirir

ABŞ Prezidenti Cozef Baydenin yeni miqrasiya qərarları, o cümlədən Meksikadan gələn qeyri-qanuni mühacirlərə sığınacaq verilməsinə müvəqqəti qadağa qoyulması yalnız yarımçıq tədbirlərdir və sərhəddəki vəziyyəti daha da gərginləşdirir.

“Report” xəbər verir ki, bu fikri Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

“Bayden həqiqətən sərhəd problemini həll etmək istəsəydi, sərhədi tamamilə bağlaya bilərdi. Amma bu sərəncam yalnız yarım tədbirdir və əslində bu, problemi daha da pisləşdirir”, - Conson “Fox News”a müsahibəsində deyib.

Conson onu da qeyd edib ki, Bayden administrasiyası qeyri-qanuni miqrantlarla bağlı vəziyyətdən siyasi məqsədlər üçün istifadə edərək bu insanları seçiciyə çevirir.

Bundan əvvəl Ağ Evin mətbuat xidməti bəyanat yayıb ki, Bayden ABŞ-ın cənub sərhədini qanunsuz keçən mühacirlərə sığınacaq verilməsini müvəqqəti qadağan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti